Rusiyanın hərbi sənayesi tam sürətlə inkişaf edir. Təcavüzkar döyüş meydanında itkilərini çox tez bərpa edə bilir.
AzerTimes xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.
“Rusiyanın sənaye maşını müharibə ritminə uyğun fırlanır. Ukraynalıların uğuru birbaşa Qərbin dəstəyi ilə bağlıdır. Biz sənaye baxımından çox, çox güclü düşmənlə mübarizə aparırıq. Bunun üçün Qərbin hərtərəfli dəstəyi lazımdır. Sənaye, siyasi, maliyyə, iqtisadi, nə olursa olsun…” – nazir bildirib.