Rusiya həqiqətən də dünyada heç kim üçün maraqlı deyil. Ermənistanın isə dünyanın gözü qarşısında süqut etməkdə olan imperiya ilə əlaqələrini kəsməyə hər cür əsası və imkanı var. Üstəlik biz gördük ki, Rusiya nəinki Qarabağı, heç Ermənistanı da müdafiə etməyə hazır deyil. Biz hamımız Rusiya ilə əlaqələrin sonunu yaxınlaşdırmalıyıq.
AzerTimes xəbər verir ki, bunu erməni analitik Qalust Qriqoryan deyib.
“Ermənistan “Rus müstəmləkəçiliyindən qurtulmaq” layihəsini Kremlə açıq və kütləvi nümayiş etdirməlidir. İndi toplaşıb Rusiya hərbi bazasının Gümrüdən, ölkəmizin isə Aİİ, KTMT və MDB-dən çıxarılmasını tələb etməliyik. Ermənistan AB və NATO-ya doğru getməlidir. Və bizim bu yolda getməyə kömək etməyə hazır olan dostlarımız var – Fransa və ABŞ. Çətin olacaq. Lakin başqa çıxış yolu yoxdur. Rusiya ilə bərabər olmaq ölümə bərabərdir”, – o bildirib.