KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin sammitində deyib.
Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir:
“Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.
O qeyd edib ki, bu məsələdə təşkilat vahid fikrə gəlib:
“Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.