Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket zərbələri endirməsi nəticəsində Çinin Baş Konsulluğunun binasına ziyan dəyib.
AzerTimes xəbər verir ki, bunu Odessa Hərbi Administrasiyasının başçısı Oleq Kiper bildirib.
“Təcavüzkar inzibati və yaşayış binalarının ətrafına, eləcə də Çinin Baş Konsulluğuna ziyan dəyməsi üçün Odessa limandakı infrastrukturu bilərəkdən vurur”, – o qeyd edib.
Xatırladaq ki, Rusiya iyulun 20-də Odessa limanını raket atəşinə tutub.