Prezidenti devrilən Niger Qərb üçün olduqca önəmli bir ölkədir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Nigerdə baş verən çevrilişlə bağlı yeni açıqlamasında deyib.
“1. ABŞ-ın burda hərbi bazası var. Oradan onların PUA-ları hər yerə uçur.
2. Fransa uranın 45%-ni Nigerdən alır. Atom elektrik stansiyaları Fransanın elektrik enerjisinin 70%-dən çoxunu təmin edir.
3. Niger Rusiya-Afrika forumunda iştirak etməyən 5 ölkədən biridir.
4. Nigerin devrilmiş prezidenti Zelenskinin dostudur, onlar dəfələrlə bir-birlərinə zəng ediblər və Zelenski ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.
5. Niger həmişə Qərbin Ukrayna ilə bağlı bütün antirusiya qətnamələrinə səs verib.
6. “Vaqner”in rəhbəri Priqojin artıq Nigerin keçmiş korrupsioner prezidentinin devrilməsinə birbaşa dəstək verib. Və kömək etməyə hazır olduğunu vurğulayıb.
7. Fransanın Nigerdə öz hava bazası var.
8. Hakimiyyəti ələ keçirən generallar “Vaqner”in böyük rol oynadığı və fransızların qovulduğu Mali hakimiyyəti ilə sıx bağlıdır.
9. Nigerdə yeni sabit antiqərb hökuməti yaranarsa, Afrikada Moskvaya dost və Qərblə münaqişəli münasibətlərdə olan dövlətlərdən Atlantik okeanından Qırmızı dənizə qədər Rusiya dostluq kəməri yaradılacaq”, – o bildirib.