Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli razılaşmaların reallaşdırılmasına xidmət edən açıqlama və addımlara sadiq qalmağı düzgün hesab edirik.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, regionda nəqliyyat – kommunikasyaların açılması məsələlərinin işlənməsi üçün ən optimal format Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupudur: “Artıq bu mexanizmin səkkiz iclası keçirilib. Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir”.
(Tərcümə: Orxan Nəbiyev)