Rusiya Cənubi Qafqazda bütün kommunikasiyaların açılması üzrə vəzifələri ardıcıl həyata keçirmək niyyətindədir – Rusiya XİN

Rusiya öz tərəfdaşları ilə birlikdə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya XİN-in Qarabağla bağlı üçtərəfli razılaşmanın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilir: “Biz həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq. Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”.

Teqlər: