İran texnoloji inkişaf sahəsində Rusiya ilə əməkdaşlıq etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu sözləri İranın neft nazirinin müavini Əzim Kələntəriasl deyib.
O bildirib ki, Rusiya ilə İranın tarixi yaxınlığı var və Tehran son vaxtlar Moskva ilə əlaqələrin güclənməsi istiqamətində yaranan şəraitdən şaddır:
“Bu, tədqiqat və texnologiyanın inkişafı sahəsindəki işimizə də aiddir”.
Qeyd edək ki, Rusiya tətbiq edilən sanksiyalar və Ukrayna savaşında üzləşdiyi bəzi çətinliklərdən dolayı İranla əlaqələri genişləndirməkdən başqa çarə görmür.