Ruslar Avdeyevka istiqamətində uzunmüddətli döyüşlər aparmağa hazırdırlar. Cəbhənin bu hissəsinin yaxın gələcəkdə qaynar nöqtə “titulu”nu itirmək ehtimalı yoxdur.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Katkov çıxış edib.
“İndi biz Avdeyevka istiqamətində aktiv döyüş əməliyyatlarının çox tez başa çatmasından danışmırıq. Biz həmişə başa düşməliyik ki, Rusiyanın istənilən əməliyyatı uzun müddət davam edəcək. Uqledarda baş verən son hadisələri xatırlamağa dəyər. İşğalçılar bu şəhərə aylarla hücum etdilər. İndi gördüyümüz kimi Uqledar Ukraynanın nəzarəti altındadır”, – ekspert bildirib.
Eyni zamanda o, Avdeyevka istiqamətində aktiv döyüş əməliyyatlarının uzun müddət davam edəcəyinə işarə edib:
“Ruslar hələ də zirehli texnika və artilleriya sayında üstünlüyə malikdirlər və itkiləri nəzərə almırlar. Ona görə də bütün bunlar göstərir ki, onların Avdeyevka istiqamətindəki hücum əməliyyatı uzun müddət davam edəcək”.