Rusiya bunun baş verməməsi üçün hər şeyi edəcək

Rusiya bunun baş verməməsi üçün hər şeyi edəcək

Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 May Qələbə Gününə həsr edilən paradda çıxış edərkən deyib.

O qeyd edib ki, Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır:

“Rusiya heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmayıb. Biz antihitler koalisiyasının bütün döyüşçülərinin, Müqavimət iştirakçılarının, Vətən xainlərini, casusları üzə çıxaranların, partizanların, militarist Yaponiyanın təcavüzünə qarşı öz müstəqilliyi uğrunda mübarizə aparan Çin xalqının şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq, heç vaxt unutmayacağıq”.

Teqlər: