Rusiya Türkiyənin köməyi ilə vətəndaşlarının üçüncü ölkələr vasitəsilə ekstradisiyası üçün tranzit marşrutlarını işləyib hazırlayıb və istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Baş Prokurorluğu məlumat yayıb.
“Ekstradisiya edilmiş şəxslərin üçüncü ölkələr vasitəsilə tranzit daşınması təcrübəsi Türkiyənin səlahiyyətli orqanları ilə işlənib hazırlanıb və fəal şəkildə istifadə olunur”, – məlumatda deyilir.
Qeyd edək ki, Rusiyanın Baş prokuroru İqor Krasnov Ankara başqa dövlətlər tərəfindən Moskvaya ekstradisiya edilmiş vətəndaşların ekstradisiyası və tranzit prosedurlarında ən mühüm halqaya çevrildiyini bildirmişdi.