Rusiya Ukraynaya qarşı müharibənin nəticələrini hiss edəcək, çünki o öz hesabına döyüşür və böyük itkilər verir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov bildirib.
“Rusiya öz iqtisadiyyatını heç də ağrısız şəkildə müharibə vəziyyətinə gətirmədi; bunu bacardılar, amma müharibə uzanarsa, resurs məsələsində nəticə həmişə mənfi olacaq”, – K.Budanov vurğulayıb.
Onun sözlərinə görə, gələn il Rusiya iqtisadiyyatı bu nəticəni hiss edəcək.