NATO ölkələri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdırlar və buna görə də müdafiə xərclərini artırmalıdırlar.
AzerTimes xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.
“Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq”, – o bildirib.
Kallas Alyans tərəfdaşlarını müdafiə xərclərini NATO rəhbərliyinin əvvəllər tövsiyə etdiyi səviyyəyə çatdırmağa çağırıb:
“Estoniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırıb, 2024-cü ilə qədər o, ÜDM-in 3%-nə çatacaq. Müdafiə xərcləri üçün ÜDM-in 2%-i tavan deyil, minimum olmalıdır”.