Rusiya ölkədə rus dilinin inkişafına görə Azərbaycan rəhbərliyinə minnətdardır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi məhdud tərkibdə görüşdə bildirib.
“Rus dilinin inkişafına göstərdiyiniz diqqətə böyük əhəmiyyət veririk”, – Putin bildirib.