Kənd təsərrüfatı mövsümünün ilkin nəticələrinə görə Rusiya buğda və arpa ixracında dünya lideri olub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Nazirliyin departament direktoru Aleksandr Malovun sözlərinə görə, Rusiya buğda və arpa ixracında birinci yeri tutub. Hazırda Rusiya Federasiyası dünyanın 160-dan çox ölkəsinə məhsul ixrac edir.