Rusiya Budanovu axtarışa verdi

Rusiya Budanovu axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü il aprelin 21-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanovu qiyabi həbs edib. O, Krım körpüsündə partlayışa görə ittiham edilib.

Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə güclü partlayış baş verib. Yük maşınının partlaması nəticəsində avtomobil yollarına və dəmiryol relslərinə ciddi ziyan dəyib. Sonradan məlum olub ki, partlayışı Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib.

Teqlər: