G7 ölkələrinin maliyyə nazirləri Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın aktivlərinin dondurulacağını açıqlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin yaydığı bəyanatda bildirilib.
Həmçinin iyunda keçiriləcək sammitdə G7 ölkələrinin liderlərinin nəzərdən keçirməsi üçün Ukraynaya kreditlərin ayrılması ilə bağlı variantların təqdim ediləcəyi bildirilib.