Rusiya Abxaziya üzərindən Türkiyəyə yük daşımağa başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Abxaziya Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Alias Labahua təsdiqləyib.
“Bu yaxınlarda 62 konteynerlə qatar gəldi. Bu, Rusiyadan Türkiyəyə malların tranziti idi. Qatar gömrük xidməti tərəfindən heç bir gecikmə olmadan keçib. Bu, birinci deyil, başqa tranzitlər də olub, ancaq kiçik partiyalarla marşrut yoxlanılıb, monitorinq keçirilib”, – Labahua qeyd edib.