Rusiya aviasiyası Sum vilayətində xəstəxanaya hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Sum vilayətinin rəhbəri Dmitri Jivitski məlumat yayıb.
“Ruslar Sum vilayətinin mülki infrastrukturunu vəhşicəsinə atəşə tutmağa davam edir. Bu gün Rusiya aviasiyası Ukrayna sərhədini keçmədən xəstəxananı atəşə tutub. Bina dağıdılıb, insanlar arasında itkilər var”, – Jivitski yazıb.
O, vurulan raketlərin görüntülərini dərc edib.