Rusiya xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyduğu vəzifələri aydın şəkildə izah etdi. Onun vəzifəsi insanları Kiyev rejimi tərəfindən məhv edilməkdən qorumaq, NATO-nun təhdidlərini aradan qaldırmaqdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Hazırkı Ukrayna hakimiyyəti 2014-cü il çevrilişinin nəticələrini qəbul etməkdən imtina edən Donbas sakinlərinin maraqlarını təmsil edə bilməz”, – Lavrov bildirib.