Rusiya bu türk ölkəsinin vətəndaşlarını müharibəyə cəlb edir

Rusiya bu türk ölkəsinin vətəndaşlarını müharibəyə cəlb edir

Rusiya Ukraynaya qarşı müharibəyə Qazaxıstan vətəndaşlarını cəlb etməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” nəşri məlumat yayıb.

Məlumata görə, bununla bağlı internetdə reklamlar yerləşdirilməyə başlanılıb. Belə ki, hərbçilərə orduya qoşulmaq üçün dərhal 5000 dollardan çox ödəniş, aylıq isə 2000 dollardan çox maaş və əlavə güzəştlər vəd edilir. Həmçinin, reklamda Rusiya və Qazaxıstanın bayraqları, “yan-yana” şüarı əks olunub.

Nəşrin məlumatına görə, hazırda Qazaxıstanda 3 milyondan çox etnik rus yaşayır.

Onu da qeyd etmək lazımdır ki, Qazaxıstan qanunvericiliyinə görə, xaricdə ödənişli hərbi münaqişələrdə iştirak qanunsuzdur.

Teqlər: