Rusiya ordusu Ukraynaya gedən Qərb silahlarını Polşa ilə həmsərhəd bölgələrdə uzaqmənzilli raketlərlə məhv edir.
AzerTimes xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Stanislav Kozey deyib.
“Müttəfiq ölkələr Kiyevə verilən silahları qorumalıdır. Qara dəniz hövzəsindən və ya strateji təyyarələrlə atılan və NATO sərhədlərinə çatan uzaqmənzilli Rusiya raketləri vurulmalıdır. NATO-nun Rusiyaya ultimatum vermək hüququ var”, – Stanislav bildirib.