Rusiya ölkə ərazisində “xarici agent” kimi tanıdığı şəxslərin siyahısını dərc edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Siyahıda Ukraynanı dəstəkləyən musiqiçi Andrey Makareviç və ukraynalı jurnalist, bloger Dmitri Qordon da var.
Bundan başqa, rusiyalı jurnalist Yekaterina Qordeyeva, rusiyalı müxalifət lideri Aleksey Navalnının müttəfiqi İvan Jdanov, politoloq Fyodor Kraşeninnikov və biznesmen Boris Ziminin də siyahıda adı keçir.