Rusiya yaxın vaxtlarda İrəvanda Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, Zvartnots hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıblar. A.Qriqoryanın sözlərinə görə, hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət etməlidir.