Rusiya ordusu yaxın həftələrdə Xarkov vilayətində Kupyanskın ələ keçirilməsi üçün səyləri artıra bilər, lakin vilayətin başqa istiqamətlərində genişmiqyaslı hücum əməliyyatlarına hazır deyil.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
İnstitut ukraynalı rəsmilərə istinadla qeyd edib ki, rus qoşunları 2024-cü ilin qışında Kupyansk və Borovoyu tutmağı hədəfləyir:
“Bu şəhərlərin tutulması çox güman ki, Ukrayna qüvvələrini Xarkov vilayətindəki Oskol çayının şərq sahilindən sıxışdırıb çıxaracaq və Rusiyanın Kupyansk-Svatovo-Kremennoy xətti boyunca gələcək hücum əməliyyatları üçün şərait yaradacaq”.