Rusiya hərbçiləri Ukraynanın Severodonetsk şəhərini tamamilə işğal edib.
AzerTimes xəbər verir ki, bu barədə Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Stryuk məlumat verib.
“Şəhər artıq tamamilə Rusiyanın nəzarəti altındadır, artıq komendant da təyin edilib. Severodonetsk o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq”, – Stryuk vurğulayıb.