Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Baxmutu mühasirəyə alması real deyil.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
“Qala şəhərini mühasirəyə almaq üçün düşmən qüvvələrinə cəbhə boyu təqribən 30 km ehtiyat lazımdır ki, bu, hətta texniki baxımdan mümkün deyil, çünki düşmən iki tərəfdən Ukrayna qarnizonlarının hücumuna məruz qalacaq
Seversk və Beloqorovka bizim yaxşı seçilmiş dayaq nöqtələrimizdir, bütün cəbhəni saxlayır. Bu, rusların problemidir”, – polkovnik bildirib.