Rusiya rəhbərliyi orduya Çasov Yarı ələ keçirmək üçün dəqiq vaxt qoyub.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, ruslar şəhəri mayın 9-na kimi işğal etmək niyyətindərirlər:
“Düşmənin planlarının həyata keçirilməsinə briqadalarımızın qəhrəmancasına müdafiəsi mane olur. Say üstünlüyündən və müxtəlif motivasiya amillərindən istifadə edərək, düşmənin ayrı-ayrı piyada dəstələri “Novıy” mikrorayonuna çatdılar, lakin kamikadze zərbələri və artilleriya atəşi ilə məhv edildi. Rusiyanın ali hərbi rəhbərliyinin qoşunları qarşısına mayın 9-dək Çasov Yarı ələ keçirmək vəzifəsini qoyduğunu nəzərə alsaq, təhlükə aktual olaraq qalır”.