Rusiya bu şəhərə “Smerç”lə zərbə endirdi

Rusiya bu şəhərə “Smerç”lə zərbə endirdi

Rusiya hərbçiləri Donetsk vilayətinin Toretsk şəhərinə raket zərbəsi endirib, nəticədə 9 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

O bildirib ki, ruslar yaşayış sahəsinin “Smerç”lə hədəf alıblar:

“Üç ev tamamən dağılıb, yerli sakinlər yaralanıb. Yaralılara təcili tibbi yardım göstərilib, onlardan birinin vəziyyəti ağır olaraq qalır”.

Teqlər: