Rusiya qoşunları Zaporojyeyə raket hücumları həyata keçirib.
.AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
“İstintaqın məlumatına görə, iyulun 13-də təcavüzkar ölkənin hərbçiləri Zaporojyenin infrastrukturunu atəşə tutub. Raketlər sənaye müəssisələrindən birinə düşüb. İlkin məlumata görə, 14 nəfər yaralanıb”, – Baş Prokurorluq bildirib.