Rusiya 2 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) üzvlüyündən çıxarılıb.
AzerTimes xəbər verir ki, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib.
Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.
Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək.