Rusiya hədəfləri avtonom şəkildə müəyyən edə bilən “Lanset” kamikadze PUA-sının yeni versiyasından istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu hesabatında qeyd edib.
Məlumata görə, bu PUA-lardan oktyabrın 21-dən daha aktiv istifadə edilməyə başlanılıb:
“PUA hədəf növlərini ayırd edə bilən və uğurlu zərbə şansını artıra bilən avtomatik hədəfləmə sisteminə malikdir. PUA hələ geniş istifadə edilmir, lakin hərbçilər kütləvi sinxron zərbələr üçün dronları sınaqdan keçirirlər”.
Hesabatda o da qeyd olunub ki, PUA-ların yükgötürmə qabiliyyəti 3-5 kq arasındadır. Bu da mühüm hərbi hədəflərə ciddi ziyan vurmaq üçün kifayət deyil.