Rusiya bu ölkəyə neft nəqlini dayandırdı

Rusiya bu ölkəyə neft nəqlini dayandırdı

Rusiya “Drujba” boru kəməri ilə Polşaya neft nəqlini dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Polşanın PKN Orlen neft emalı zavodunun baş icraçı direktoru Daniel Obaitek məlumat yayıb.

“Şirkət buna tam hazırdır. Xam neftin yalnız 10%-i Rusiyadan gəlib və biz onu başqa mənbələrdən alınan neftlə əvəz edəcəyik”, – Obaitek bildirib.

Teqlər: