Rusiya Braziliyanın müstəqil xarici siyasətini yüksək qiymətləndirir və bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 195 illiyinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı deyib.
“Biz BMT və onun Təhlükəsizlik Şurasında səmərəli və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstəririk”, – o bildirib.