Rusiya 99 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, sözügedən şəxslər Kanada hökumətinin rusofob kursunun hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edir.