Rusiya sanksiyalara cavab olaraq Kanadanın daha 55 vətəndaşının ölkəyə girişini qadağan edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, Kanadanın Rusiya vətəndaşlarına qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar 55 yüksək rütbəli hərbçinin Rusiya Federasiyasına girişi qarşılıq prinsipi əsasında qadağan edilib.
Qeyd edək ki, sanksiya tətbiq edilən şəxslər arasında Kanadanın siyasətçiləri və ictimai xadimləri də var.