Rusiya Xarici İşlər Nazirliyi Kanadanın Ukraynadakı təşkilatlarının rəhbərləri və hərbçilərinin də olduğu 41 Kanada vətəndaşını sanksiya siyahısına salıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, mayın 8-də də Kanada hökuməti Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi rəhbərlərə və işgüzar dairələrin nümayəndələrinə qarşı sanksiya tətbiq edib.