Rusiya sanksiya siyahısına Böyük Britaniyanın beyin mərkəzləri və konsaltinq agentliklərinin 32 nümayəndəsini daxil edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Londonun düşmənçilik cəhdlərində Böyük Britaniyada fəaliyyət göstərən bir sıra analitik mərkəzlər, konsaltinq agentlikləri və oxşar profilli digər strukturlar mühüm rol oynayır”, – XİN bildirib.