Rusiya Böyük Britaniyanın 30 vətəndaşına qarşı sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Britaniya tərəfinin düşmən niyyətli hərəkətlərinə cavab olaraq, Rusiyanın “stop siyahısı”na bir sıra siyasi qurumun, hərbi blokun, yüksək texnologiyalı müəssisəsin, habelə Britaniya jurnalist korpusunun nümayəndələrinin daxil edilməsi barədə qərar qəbul edilib”, – nazirlikdən bildiriblər.