Rusiya bu ölkələrə hücum edə bilər

Rusiya bu ölkələrə hücum edə bilər

Ukrayna Rusiyanın təcavüzünə qarşı durmasa, Üçüncü dünya müharibəsi baş verə bilər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın ikinci prezidenti Leonid Kuçma deyib.

“Rusiya Litva və ya Polşa deyil, NATO-da olmayan postsovet respublikaları üçün böyük təhlükədir. Artıq Moldova və Şimali Qazaxıstanla bağlı eyhamlar adi hala çevrilib, indi Gürcüstanın da adı bu kontekstdə çəkilir. Axı Rusiya yalnız zəif olanlara hücum edir. Rusiya ordusunun əsas döyüşə hazır hissəsini itirdikdən sonra NATO-ya meydan oxumayacaq. Adi müharibədə NATO rus ordusunu darmadağın edəcək, nüvə müharibəsində isə Rusiya sadəcə məhv olacaq. Putin bu iki variantlı – olum və ya ölüm müharibəsinə başlayacaqmı? Normal insan yalnız birincini seçərdi – amma normal insan”, – o bildirib.

Teqlər: