AB-yə üzv ölkələr Rusiyadan gələn diplomatların mümkün səyahət məhdudiyyətlərini müzakirə edirlər. Bu ideya çex siyasətçilər tərəfindən 12-ci sanksiyalar paketi üzrə danışıqların bir hissəsi kimi irəli sürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Çexiya Rusiya diplomatlarına vizaların yalnız bir ölkənin daxilində qalması və AB-də sərbəst hərəkət edə bilməməsi üçün verilməsini təklif edir. Ola bilsin ki, Rusiya diplomatları yalnız biometrik pasportlarla qəbul edilsinlər, çünki onların saxtalaşdırılması daha çətindir”, – mənbə bildirib.
Qeyd olunur ki, bu təklif Rusiya Baş Kəşfiyyat İdarəsi və digər xidmətlərin casuslarının Çexiya ərazisinə gəlişi ilə bağlıdır.