Rusiyanın Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınmasına məhdudiyyət qoyması təkcə Kiyev üçün deyil, bir çox inkişaf etməkdə olan ölkələr üçün də problemlər yaradır.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.
“Rusiya taxıldan silah kimi istifadə edir. BMT və Türkiyənin Qara dəniz taxıl sazişi ilə bağlı bütün səylərini dəstəkləyirik”, – Dombrovskis bildirib.