Latviya xüsusi xidmət orqanları Rusiyanın Qərb dövlətləri ilə konfrontasiyası gücləndikcə, bu ölkənin Latviyada təcavüzkar əməliyyatlar keçirməsi riski də artır.
AzerTimes xəbər verir ki, bu barədə Latviya Seymi tərəfindən bu həftə təsdiq edilmiş yenilənmiş milli təhlükəsizlik konsepsiyasında deyilir.
Konsepsiyada qeyd edilir ki, Rusiya kəşfiyyat xidmətlərinin fəaliyyəti təcavüzkar xarakter daşıyır və NATO ilə AB ölkələrinin kollektiv təhlükəsizliyinə, eləcə də Latviyanın milli təhlükəsizliyinə əhəmiyyətli təhdid yaradır.
Sənəddə qeyd olunur ki, Rusiyanın siyasətinə NATO ilə genişmiqyaslı münaqişəyə hazırlıq daxildir.