Mərkəzi Afrika Respublikası və Rusiya hərbi baza yaradılması məsələsini müzakirə edirlər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, MAR-da bazar yaradılması məsələsi iki ölkənin Müdafiə Nazirlikləri arasında müzakirə olunur:
“Rusiya hərbçilərinin gələcək yerləşdirmə yeri seçilir. Kontingentin gəlişinin konkret vaxtı və onun sayı yekun olaraq müəyyən edilməyib”.