Rusiya və İndoneziya donanmaları Surabaya şəhərində ilk birgə “Orruda 2024” təliminə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, təlim avqust ayında elan edilib və noyabrın 4-dən 8-dək davam edəcək:
“Bu, İndoneziya 79 il əvvəl müstəqillik əldə etdikdən sonra iki ölkənin donanması arasında ilk ikitərəfli təlim olacaq”.