Rusiya və İndoneziya noyabr ayında “Orruda” adlı ilk böyük hərbi dəniz təlimi keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov deyib.
“Noyabrda Rusiya Sakit okean Donanmasının 3 korvetdən ibarət bir qrup gəmisi Surabaya limanına dostluq girişi edəcək. Müxtəlif gəmilərimiz tərəfindən belə səfərlər demək olar ki, hər il olur və İndoneziya gəmiləri də bizə baş çəkir. Lakin noyabrda bu səfərlə birlikdə Rusiya və İndoneziya arasında ilk irimiqyaslı dəniz təlimləri keçiriləcək”, – Tolçenov bildirib.