Vaşinqtonda səfərdə olan Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsini tənqid edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kansler Putinin xüsusilə Ukraynadakı münaqişənin səbəbləri ilə bağlı dedikləri ilə razılaşmayıb.
Şolts həmçinin iddia edib ki, Rusiya hakimiyyəti həmişə bu müharibənin tarixi haqqında çoxlu yalanlar danışır:
“V.Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyanın Ukraynadakı real hərəkətlərinə lağ edilir və bu müharibənin səbəbləri haqqında absurd hekayələr danışılır”.