Rusiya bu məhsulların idxalını dayandırdı – Astanadan cavab

Rusiya bu məhsulların idxalını dayandırdı – Astanadan cavab

Qazaxıstan Rusiyanın buğda və digər kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq qərarını ölkənin BRİKS-ə qoşulmaqdan imtina etməsi ilə əlaqələndirmir.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin deyib.

“Hesab edirəm ki, bu, yalan məlumatdır, tamamilə əsassızdır və bizim səviyyədə buna belə baxılmır”, – Jumanqarin bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali açıqlamasında Astananın BRİKS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini nəzərə almaqdan çəkinəcəyini demişdi.

Oktyabrın 17-dən isə “Rosselxoznadzor” Qazaxıstan taxılının tranziti istisna olmaqla, bu ölkədən Rusiyaya buğda, mərci, pomidor, bibər və bostan məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

Teqlər: