Rusiya qüvvələrini Volınsk və Polesye istiqamətlərində cəmləşdirməyə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Seversk istiqamətində ruslar Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətlərini məhdudlaşdırmaq məqsədilə Bryansk və Kursk vilayətlərinin sərhədyanı rayonlarında Qərb Hərbi Dairəsinin ayrı-ayrı bölmələrini saxlamaqda davam edir”, – məlumatda qeyd olunub.