Rusiya Çasov Yar istiqamətinə 25 minə yaxın hərbçi toplayıb.
AzerTimes xəbər verir ki, bunu “Xortiça” əməliyyat-strateji qruplaşmasının spikeri Nazar Voloşin deyib.
Voloşin bildirib ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, düşmən yeni hərbi hissələr gətirməyə, onları yerləşdirməyə çalışır və bu, müxtəlif istiqamətlərdə baş verir.
“Düşmən müxtəlif istiqamətlərdə müxtəlif sayda şəxsi heyət cəmləşdirir. Məsələn, Çasov Yar istiqamətində düşmən təxminən 20-25 min hərbi qulluqçu cəmləşdirib”, – Nazarov bildirib.